Operativ Məlumat Mərkəzi

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb

1 dəq
Paylaş:
Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb

Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından ölüb.

Daxili İşlər Nazirliyinin Xidmətinin Şəki qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.

Onun dəm qazından ehtimal olunur. V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir və həmin mənzildə kirayədə qalırmış.

Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax