Əsas məzmuna keç

Minatəmizləyənlərə medal veriləcək

Minatəmizləyənlərə medal veriləcək

qanuna əsasən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı...

İlham Əliyev “Minatəmizləmə sahəsində xidmətlərə görə” Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qanuna əsasən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər:

- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;

- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;

- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…