Operativ Məlumat Mərkəzi

Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

2 dəq
Paylaş:
Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, səfərin məqsədi Sədrlərinin 6-cı Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin komitələrinin iclaslarında və -də keçiriləcək parlament dinləmələrində iştirakdır.

Bildirilib ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannamə layihəsi müzakirə ediləcək.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaq.

Diqqətə çatdırılıb ki, səfər çərçivəsində Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax