Operativ Məlumat Mərkəzi

Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək

2 dəq
Paylaş:
Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək

Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə sədrlik Qazaxıstandan Özbəkistana keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Prezidenti iqamətgahının (Akorda) mətbuat xidmətinə istinadən xəbər verir.

Astanada keçirilən VI Məşvərət görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Prezidenti Şavkat çıxış ediblər.

K.Tokayev çıxışının sonunda Məşvərət görüşünün növbəti sədri postunda Ş.Mirziyoyevə böyük uğurlar arzulayıb.

Prezidentlər həmçinin üç sənəd, o cümlədən VI Məşvərət görüşünün yekunlarına dair Birgə Bəyanat, “Mərkəzi Asiya - 2040” Əməkdaşlığın İnkişafı Konsepsiyası və “Özbəkistan Respublikası Prezidenti Mirziyoyev Şavkat Miromonoviçin Mərkəzi Asiya dövlət başçılarının fəxri nişanı ilə təltif edilməsi haqqında” VI Məşvərət görüşünün qərarını imzalayıblar.

Bundan əlavə, görüşdə Mərkəzi Asiya ölkələrinin liderləri “2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni və “Mərkəzi Asiya dövlətlərinin sənaye əməkdaşlığının inkişafına dair 2025-2027-ci illər üçün Fəaliyyət Planı”nı təsdiq ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax