Əsas məzmuna keç

Mərakeşdə “Şuşa günləri” keçirilir

Mərakeşdə “Şuşa günləri” keçirilir

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu...

Mərakeşin Rabat şəhərində “Şuşa günləri” keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər ”na əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən "Şuşa günləri iyunun 6-7-ni əhatə edəcək.

Tədbir çərçivəsində Şuşa rayonunda Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, eləcə də Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya naziri Məhəmməd Ben Said ilə görüşüblər.

Görüş zamanı hər iki ölkə arasında mövcud olan səmimi dostluq münasibətləri, eyni zamanda inkişaf etməkdə olan əlaqələr haqqında danışılıb. İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı seçilmiş tarixi Şuşa şəhərində gerçəkləşdirilən layihələr, mədəni tədbir proqramları, bununla yanaşı, əlaqələrin gələcəkdə daha da inkişafı barədə söhbət açılıb.

Qeyd edək ki, Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda “Şuşa günləri”nin bütün müsəlman ölkələrində təşkil edilməsi nəzərdə tutulub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…