Operativ Məlumat Mərkəzi

MEDİA-nın Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

2 dəq
Paylaş:
MEDİA-nın Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MEDİA-dan məlumat verilib.

İclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar , Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru İsmayılov iştirak ediblər.

İclas zamanı Agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib. Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Müşahidə Şurasının üzvlərinə “ milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax