Əsas məzmuna keç

MEDİA açıqlama yaydı - 01.09.2024

MEDİA açıqlama yaydı - 01.09.2024

bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir. Açıqlamada, həmçinin deyilir: “Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun olaraq...

ABŞ Konqresi tərəfindən maliyyələşən “ Radiosu” Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə bağlı rəyi manipulyasiya etməyə yönəlmiş materiallar yayımlamaqdadır və təəssüflə bildiririk ki, bu məlumatlar “ qeydləri” başlığı altında paylaşılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.

Açıqlamada, həmçinin deyilir: “Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun olaraq Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib. Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb.

“Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir.

Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…