Operativ Məlumat Mərkəzi

Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib, təyinatlar var

2 dəq
Paylaş:
Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib, təyinatlar var

Nazirliyinin yeni idarələrinin strukturu təsdiq olunub, var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

Bildirilib ki, Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.

Məlumata görə, Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax