Operativ Məlumat Mərkəzi

Mədəniyyət nazirinin yeni müavini təyin olunub - DOSYE

2 dəq
Paylaş:
Mədəniyyət nazirinin yeni müavini təyin olunub - DOSYE

nazirinə yeni müavin təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Fərid oğlu mədəniyyət nazirinin müavini təyin edilib.

O, bu təyinatadək Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Hüseynov 1973-cü il dekabrın 1-də Bakıda anadan olub.

O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991-1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib. 1996-1999-cu illərdə Bakı Musiqi Akademiyasının aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub.

M.Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.

Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax