Operativ Məlumat Mərkəzi

MDU-ya rektor təyin edilib

2 dəq
Paylaş:
MDU-ya rektor təyin edilib

Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, A.Eminov 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Dövlət İqtisad Universitetini ixtisası üzrə fərqlənmə ilə bitirib. 2003-2004-cü illərdə Türkiyənin Egey Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib.

O, 2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib. 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2016-cı ildə dosent elmi adını alıb.

2015-2020 Azərbaycan Turizm və Menecment Universiteti, “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını bitirib.

2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Sosial sahələrə istiqamətlənmiş investisiya layihəsinin effektivliyi ilə bağlı tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax