Operativ Məlumat Mərkəzi

Maskın sərvəti 500 milyard dollara çatdı

1 dəq
Paylaş:
Maskın sərvəti 500 milyard dollara çatdı

""nın İcraçı Direktoru (CEO) İlon Mask 500 milyard dollara çatan ilk şəxs olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Maskın sərvətindəki bu artıma "Tesla" səhm qiymətlərinin yüksəlməsi, eləcə də onun sahəsindəki təşəbbüsü olan xAI və kosmik "SpaceX"in dəyər qazanması təsir edib.

Elektrikli avtomobil istehsalçısı olan Teslanın səhmləri bu ilin əvvəlindən bəri %14 artıb.

"Forbes"in milyarderlər siyahısında Maskı "Oracle"ın qurucusu Larry Ellison və "Meta"nın qurucusu Mark Zuckerberg izləyir.

Xatırladaq ki, İlon Maskın sərvəti 2020-də 100 milyard dolları keçmiş, 2021-də isə təxminən 190 milyard dollarla ilk dəfə dünyanın ən varlı adamı olmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax