Operativ Məlumat Mərkəzi

Mark Randolf: Böyük yenilik insanların nəyə baxmaq istədiyini proqnozlaşdırmaqdır

2 dəq
Paylaş:
Mark Randolf: Böyük yenilik insanların nəyə baxmaq istədiyini proqnozlaşdırmaqdır

“INMerge” İnnovasiya Sammitində baş tutan konfransında “”in həmtəsisçisi və ilk rəhbəri Mark şirkətin uğurunun əsasını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərinə görə, "Netflix"in ən böyük texnoloji yeniliyi insanların həqiqətən izləməyi sevdiyi başa düşmək, proqnozlaşdırmaq və onlara təqdim etmək üçün analitik və texnoloji vasitələrdən istifadə etmək olub.

Randolf bildirib ki, "Netflix" işə başlayanda məqsəd uzunmüddətli sənayeni dəyişdirmək yox, video icarəsi üçün fərqli bir yol tapmaq idi.

“Biz böyük hekayələri kəşf etməyə çalışdıq, çünki bu, həm DVD-lərlə işləyir, həm də axın xidmətində”, – deyə o vurğulayıb.

Həmtəsisçi gənc CEO-lara tövsiyə edib ki, vizyonlarını müəyyən və eyni zamanda resurslarını qorumağa diqqət etsinlər: “Pulunuz tükənməsin ki, vizyonunuzu reallaşdıra biləsiniz. Biz 2000-ci ildə internet iqtisadiyyatının çökməsinə baxmayaraq dayanıqlı iş modeli yaratmağa məcbur olduq.”

Randolf həmçinin qeyd edib ki, "Netflix"in uğuru insanların fərdi maraqlarını və baxış vərdişlərini dərindən başa düşmək və bunun əsasında məzmunu fərdiləşdirmək bacarığına əsaslanır. Bu yanaşma şirkətin dünya miqyasında milyonlarla istifadəçiyə xidmət etməsinə imkan yaradıb.

Mehman Mirzəzadə

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax