Operativ Məlumat Mərkəzi

Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub

1 dəq
Paylaş:
Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Mariya 10-cu dəfə Avropa çempionu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.

Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.

Bu gün yığmamızın digər üzvü Alyona Kolesnik (59 kq) də həlledici görüşə çıxacaq. O, finalda Alina Filipoviçin () müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax