Əsas məzmuna keç

Makron İranla bağlı təcili müdafiə kabineti çağırdı

Makron İranla bağlı təcili müdafiə kabineti çağırdı

Fransa Prezidenti Emmanuel Makron cümə axşamı Parisdə təcili müdafiə kabineti iclası çağırıb.“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Fransa rəsmilərinə...

ru

Fransa Prezidenti Makron cümə axşamı Parisdə təcili müdafiə kabineti iclası çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Fransa rəsmilərinə istinadən xəbər verir.

Məlumata görə, iclasın gündəmində İranda etirazlarının güc tətbiq edilərək yatırılması məsələsi də yer alıb. Rəsmilər bu mövzunun Fransa rəhbərliyi tərəfindən diqqətlə izlənildiyini bildiriblər.

Makron X sosial şəbəkəsində gecə saatlarında paylaşdığı açıqlamada qeyd edib ki, görüş zamanı Qrenlandiya da daxil olmaqla daha geniş məsələləri müzakirə olunacaq.

Bildirilir ki, iclas təhlükəsizlik mühitində artan gərginlik fonunda keçirilib və Fransa hökumətinin mümkün risklərə qarşı mövqeyinin müəyyənləşdirilməsini hədəfləyir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…