Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Livanda baş verən hadisələrin əsas aktoru ABŞ-dir"

2 dəq
Paylaş:
"Livanda baş verən hadisələrin əsas aktoru ABŞ-dir"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Livanda qüvvədə olan atəşkəsin regionda davam edən müharibəyə son qoyacaq yekun razılaşmanın hissəsi olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bəqayi qeyd edib ki, Livanda baş verən hadisələrin əsas ABŞ-dir.

Onun sözlərinə görə, İsrail atəşkəsə Livanda və işğal olunmuş Fələstin ərazilərində əməliyyatlarını davam etdirir.

"Livandakı atəşkəs müharibəni sona çatdıracaq yekun razılaşmanın ayrılmaz hissəsidir. Sionist rejim isə zahiri atəşkəsə baxmayaraq, Livanda və işğal altında olan Fələstin torpaqlarında ən ağır və qəddar cinayətləri törətməyə davam edir", - Bəqai vurğulayıb.

ABŞ ilə aparılan danışıqlara da toxunan Baqai vurğulayıb ki, danışıqlar və dialoq tərəflər arasında etimadın mövcud olması demək deyil.

Onun sözlərinə görə, Vaşinqtonla görüşlər qarşılıqlı şübhə və etimadsızlıq şəraitində başlayıb.

İran rəsmisi ABŞ-nin ziddiyyətli bəyanatlarının və media vasitəsilə verdiyi mesajların danışıqlar prosesini uzatdığını bildirib.

O, hazırkı mərhələdə nüvə məsələlərinin gündəmdə olmadığını iddia edərək əlavə edib ki, bu sahədə addım atmaq lazım gəldikdə Tehran nə etməli olduğunu yaxşı bilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax