Operativ Məlumat Mərkəzi

Lerikdə narkokuryerlər saxlanılıb

2 dəq
Paylaş:
Lerikdə narkokuryerlər saxlanılıb

Ölkə ərazisinə yolu ilə gətirilmiş külli miqdarda güclü təsiredən xassəyə malik maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının çətin relyef şəraitli ərazidə keçirdikləri tədbirlərilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlanılıblar. Onlardan xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin, əlavə olaraq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotiklərin daşınmasını həyata keçirərkən diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə guya sitrus meyvələrinin satışı ilə məşğul olduqlarının görüntüsünü yaradıblar.

Faktla bağlı başlanılıb və saxlanılan şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax