Operativ Məlumat Mərkəzi

Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrılıb

1 dəq
Paylaş:
Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrılıb

Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər yolu təmir ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə1,5 ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax