Operativ Məlumat Mərkəzi

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb

2 dəq
Paylaş:
Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb

Lənkəranda doğuş zamanı ana və körpəsi ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, gecə saatlarında rayonun kənd sakini, 1995-ci il təvəllüdlü Aygün İlham qızı Qurbanzadə yüksək hərarətlə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona ilkin tibbi yardım göstərilib. Qadın 6 aylıq hamilə üçün o, Lənkəran Perinatal Mərkəzə göndərilib. Daha sonra A.Qurbanzadə orada dünyasını dəyişib.

Qadının yaxınları A.Qurbanzadənin ölümünə görə, Mərkəzi ittiham edirlər. Onlar körpənin də öldüyünü bildirirlər.

Baş Prokurorluğun Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü A.Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran Regional Perinetal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax