Operativ Məlumat Mərkəzi

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb

1 dəq
Paylaş:
Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlanıb

Laçın Rayon Söbəsinin əməkdaşlarının Ağcabədi rayonu Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qətranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan 1 ədəd avtomat, 1 ədəd tüfəng, 2 ədəd tapança, həmin silahlara məxsus 8 ədəd daraq və 400 ədəd patron da aşkarlanıb.

Faktla bağlı başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax