Operativ Məlumat Mərkəzi

Kursk əhalisi təxliyə olunur

2 dəq
Paylaş:
Kursk əhalisi təxliyə olunur

hərbi qüvvələrinin Rusiyanın Kursk vilayətinə müdaxiləsindən sonra bölgədə növbəti gündə də qızğın döyüşlər gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, vəziyyətlə əlaqədar əhalinin təxliyəsi davam edir.

Yerli sakinlər yaralılara qan veriblər.

prezidenti Vladimir vəziyyəti Kurskun qubernatoru Aleksey Smirnovla müzakirə edib. Putin bildirib ki, hazırkı mürəkəb situasiyanın öhdəsindən gəlmək üçün qubernator və onun komandası müəyyən cəsarətli addımlar atmalıdırlar.

Ukrayna prezidenti Volodimir Zelenski isə vəziyyəti şərh edərkən “Rusiya öz işğalçı əməllərinin fədasları ilə üzləşməlidirlər” deyib.

“Hər kəs görür ki, necə sürpriz edib, nəticə əldə etməyi bacarır”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Rusiya rəhbərliyi Kursk regionunda fövqəladə vəziyyət elan edib. Kurska müdaxilə Ukrayna ordusunun Rusiya ilə sərhədi keçən nadir hücumlarından biridir. Məlumata görə, ukraynalılar Kurskun bir neçə kəndinə nəzarəti ələ alıblar. Rusiya ərazisinə müdaxilə Sudja şəhərindən başlayıb. Hücum əməliyyatında yüzlərkə hərbçi, o cümlədən, 11 tank, 20 zirehli döyüş texnikası iştirak edib. Rusiyanın hücumların qarşısını aldıqlarını bildirsələr də, bəzi məşhur “Telegram” səhifələri cəbhədə vəziyyətin Moskvanın bildirdiyi kimi sabit olmadığını yazıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax