Operativ Məlumat Mərkəzi

Kürdə suyun səviyyəsinin azalmasının səbəbi açıqlanıb

2 dəq
Paylaş:
Kürdə suyun səviyyəsinin azalmasının səbəbi açıqlanıb

suyun səviyyəsinin aşağı düşməsinə səbəb Mingəçevir su anbarından çayın aşağı hissəsinə kiçik çayların sululuğunun azalmasıdır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə a açıqlamasında Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev deyib.

Onun sözlərinə görə, Kür çayı üzərində Mingəçevir su anbarından Kür çayına hazırda 250 kubmetr/san su buraxılır və bu bir neçə aydır ki, belə davam edir:

"Kür çayının Mingəçevir su anbarından aşağı hissəsinə tökülən kiçik çayların sululuğu azaldığından Kür çayında da suyun səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Belə vəziyyət ciddi yaratmır".

Xidmət rəsmisi əlavə edib ki, əvvəlki illərlə müqayisədə son bir neçə il havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb:

"Bunun nəticəsində ölkəmizin su anbarlarında qədər su ehtiyatı toplanıb. Hazırda ölkəmizin əsas su anbarlarında 18 milyard kub metr su ehtiyatı toplanıb. Su anbarlarında su ehtiyatının olması suvarma kanallarına kifayət qədər suyun verilməsinə imkan verir. Bildiyiniz kimi, hazırda ölkə ərazisində isti yay günləri və havalar yağmursuz keçdiyindən çaylarda (əsasən dağ çaylarında) suyun səviyyəsi aşağı düşüb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax