Operativ Məlumat Mərkəzi

Kürdə suyun səviyyəsi artıb - 18.04.2025

1 dəq
Paylaş:
Kürdə suyun səviyyəsi artıb - 18.04.2025

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avtomat hidroloji stansiyaların aprelin 18-si saat 11:00 məlumatına əsasən Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 5 sm, Zəngəzur bölgəsindən axan -Vəngdə 10 sm, Tutqunçayda 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım alınıb.

Kür çayının aşağı axınında Kür-Zərdab məntəqəsində 17 sm artım, su 641 m3/san, normanın 207%, Kür-Surrada 32 sm artım, su sərfi 461 m3/san, normanın 63%-ni, Kür-Şirvanda 38 sm, Kür-Salyanda 70 sm, Kür-Bankədə 36 sm artmışdır.

Transsərhəd çaylarında Qanıx çayı 2 sm artıb, su sərfi 255 m3/san normanın 152%-ni təşkil edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax