Operativ Məlumat Mərkəzi

Külək əsir, yağış yağır - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Külək əsir, yağış yağır - FAKTİKİ HAVA

Mayın 14-ü saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, , Şahbuz, Ordubad, Quba, Qusar, Qrız, Lerik, Qəbələ, Qobustan, Oğuz, Şəki, Zaqatala, Balakən, Xınalıq, Xaltan, Gəncə, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Naftalan, Şəmkir, Astara, Bərdə, Goranboy və Daşkəsəndə şimşək çaxır, arabir leysan xarakterli yağır.

Şahdağda isə qar yağması müşahidə olunur.

Bakıda və yarımadasında -qərb küləyi əsir, küləyin maksimal sürəti 26 m/s-dək güclənir.

Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Qrız, Xaltan və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 21, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti qeydə alınır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax