Operativ Məlumat Mərkəzi

Kolleclərə direktor müavinləri təyin olunub - 30.09.2024

2 dəq
Paylaş:
Kolleclərə direktor müavinləri təyin olunub - 30.09.2024

Azərbaycanda bəzi kolleclərə müavinləri təyin edilib.

Elm və üzrə Dövlət Agentliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, agentliyin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Kollecinə, Firuzə Fərmanlı isə Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Elza Qurbanova 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsili, 2022-2024-cü illərdə isə ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə magistratura təhsili almışdır. O, 2016-cı ildən müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Öyrədənlərin öyrədəni” proqramında iştirak edib.

Firuzə Fərmanlı 1994-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqogika və psixologiya” ixtisası üzrə bakalavr təhsili, 2006-2008-ci illərdə isə elə həmin ali təhsil müəssisəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistratura təhsili alıb. O, 2009-2024-cü illərdə Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə müəllim kimi çalışıb. F.Fərmanlı Azərbaycan Respublikasının Təhsil İnstitutunun “İnnovativ təlim üsulları” və “Təhsildə innovasiyalar və fəal təlim” mövzusunda təşkil etdiyi təlimlərdə iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax