Operativ Məlumat Mərkəzi

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı insan alverində təqsirləndirilərək həbs edilib

1 dəq
Paylaş:
Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı insan alverində təqsirləndirilərək həbs edilib

Keçən il 3 vətəndaşı Kipr və Qvatemalada insan alverində həbs edilib. Ölkəyə readmissiya edilən şəxslər arasında isə bir nəfər Yunanıstanda insan alverinin olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları, siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, xarici ölkələrin müvafiq dövlət qurumları ilə aparılmış məlumat mübadiləsi nəticəsində üç Azərbaycan vətəndaşının Kiprin və Qvatemala Respublikasının hüquq mühafizə orqanları tərəfindən insan alverində təqsirləndirilərək həbs edilməsi, ölkəyə readmissiya edilən şəxslər arasında isə bir nəfərin Yunanıstan Respublikasında insan alverinin qurbanı olması müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax