Operativ Məlumat Mərkəzi

Kərim Vəliyev Azərbaycan Ordusunun döyüş hazırlığını qiymətləndirib

2 dəq
Paylaş:
Kərim Vəliyev Azərbaycan Ordusunun döyüş hazırlığını qiymətləndirib

Ordusunun Baş Qərargah rəisi -polkovnik Kərim yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Məruzə olunub ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də təchizatın varlığı yoxlanılır.

General-polkovnik K.Vəliyev "Gizir hazırlığı kursu"nun gedişi ilə də maraqlanıb.

Bildirilib ki, keçirilən məşğələlərdə əsas diqqət kursantların bilik və bacarıqlarının daha da artırılması, Azərbaycan Ordusunun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilib.

Hərbi hissələrdə şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib, hərbi qulluqçulara yeni tədris dövründə uğurlar arzulayıb.

general-polkovnik Zakir Həsənovun yeni tədris dövrünün başlanması ilə əlaqədar tələb və göstərişlərini şəxsi heyətə çatdıran Baş Qərargah rəisi döyüş və fiziki hazırlıq üzrə tədbirlərin effektiv təşkili, eləcə də hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına dair tapşırıqlar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax