Operativ Məlumat Mərkəzi

“Kəpəz” “Sabah”ı məğlub etdi

1 dəq
Paylaş:
“Kəpəz” “Sabah”ı məğlub etdi

Misli Premyer Liqasında XXI start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açılış oyununda “” Tovuzda “Sabah”ı qəbul edib. Beş qolun vurulduğu qarşılaşma nominal meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Gəncə klubunun heyətində qolları Mahamadu Ba, Əli Səmədov və Rauf Hüseynli vurublar. Qonaqlarda isə Pavol (penalti) və Cesse Sekidika fərqləniblər. Bakı klubu 63-cü dəqiqədə meydanda azlıqda qalıb. İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 17-yə “Kəpəz” son sıranı tərk edərək 9-cu pilləyə yüksəlib. “Sabah” isə 28 xalla 5-ci yerdə qalıb.

Günün ikinci görüşündə “Neftçi” doğma meydanda “” ilə qarşılaşacaq. “Neftçi Arena”dakı oyun saat 18:30-da başlayacaq.

Qeyd edək ki, XXI tura fevralın 2-də yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax