Əsas məzmuna keç

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb

Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb

bu barədə FHN-in mətbuat xidmətindən bildirilib. Nazir Kəmaləddin Heydərov səfir Luka Di Canfrançeskonu səmimi salamlayaraq, Azərbaycan və İtalya...

Respublikasının fövqəladə hallar naziri -polkovnik Kəmaləddin İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in xidmətindən bildirilib.

Nazir Kəmaləddin Heydərov səfir Luka Di Canfrançeskonu səmimi salamlayaraq, Azərbaycan və İtalya arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu, iki ölkə arasındakı çoxşaxəli əlaqələrin sürətlə genişləndiyini xatırladıb.

Nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə səfirə ətraflı məlumat verib, Azərbaycan Respublikası və İtalya Respublikasının fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın perspektivlərindən danışıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko iki ölkə arasındakı əlaqələrin daim inkişaf etdiyini bildirib. O, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin qarşılıqlı faydasından danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…