Operativ Məlumat Mərkəzi

Kəmaləddin Heydərov gürcüstanlı nazirə zəng etdi

2 dəq
Paylaş:
Kəmaləddin Heydərov gürcüstanlı nazirə zəng etdi

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin ərazisində qəzaya uğraması ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan naziri Gela Geladze ilə telefonla danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.

Nazir K.Heydərov İlham Əliyevin tapşırığına uyğun olaraq, Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.

Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax