Operativ Məlumat Mərkəzi

Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub

2 dəq
Paylaş:
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub

Mayın 27-də şəhərində ilk məhəlləsinin təməli qoyulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Respublikasının Prezidenti İlham Əliyev məhəllənin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlətimizin başçısına yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, yaşayış məhəlləsi 3,26 ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.

Dövlətimizin başçısı yaşayış məhəlləsinin təməlini qoydu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax