Operativ Məlumat Mərkəzi

Kanadadan İrana sanksiya

1 dəq
Paylaş:
Kanadadan İrana sanksiya

Kanada İranın 18 şəxs və 56 təşkilatını siyahısına əlavə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onlar raketlərin istehsalı ilə əlaqəli ola bilərlər.

“Bu, Kanadanın İran rejimini nüvə silahının yayılması və ballistik raket fəaliyyətinin əvəzini ödəməyə məcbur etmək üçün davam etdirdiyi səydir”, – sənəddə deyilib.

Bundan əlavə, siyahıya İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri) və əlaqədar strukturların yüksək rütbəli nümayəndələri də daxil edilib.

Açıqlamada deyilib ki, Kanada nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiya siyasətini davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax