Operativ Məlumat Mərkəzi

Kaliforniya Universiteti bəzi federal fondlarının kəsildiyini açıqladı

2 dəq
Paylaş:
Kaliforniya Universiteti bəzi federal fondlarının kəsildiyini açıqladı

Universiteti (UCLA) hökumətin kampusda baş verən iddialarını əsas gətirərək universitetə ayrılan bəzi qrantlarını kəsmək qərarı verdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ federal hökuməti ölkə üzrə universitet kampuslarında keçirilən Fələstinə dəstək aksiyaları səbəbilə təhsil müəssisələrinə təzyiqləri davam etdirir.

UCLA rektoru Julio Frenk universitetin rəsmi saytında açıqlamada, Milli Elm Vəqfi, Milli Səhiyyə İnstitutları və digər qurumlar vasitəsilə universitetə verilən bəzi tədqiqat fondlarının dayandırıldığı barədə federal hökumətdən rəsmi bildiriş aldıqlarını deyib.

Frenk federal hökumətin fond kəsintisinə səbəb kimi kampusdakı antisemitizm iddialarını göstərdiyini bildirib: “Bizə göndərilən rəsmi məktubda federal hökumət bu qərarın səbəbi kimi antisemitizm və ayrı-seçkilik iddialarını göstərir. Lakin tədqiqat fondlarını kəsmək kimi geniş miqyaslı bir sanksiya baş verən ayrı-seçkiliyin aradan qaldırılmasına heç bir fayda vermir”.

ABŞ Ədliyyə Nazirliyi isə 30 iyul tarixində verdiyi açıqlamada, universitetin İsrailli və Yəhudi tələbələrə qarşı edilən hücumlara qəsdən biganə qalaraq Vətəndaş Hüquqları Qanununu pozduğunu iddia etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax