Operativ Məlumat Mərkəzi

İyunda ardıcıl 4 gün iş olmayacaq

1 dəq
Paylaş:
İyunda ardıcıl 4 gün iş olmayacaq

İyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si , 15-i Milli Qurtuluş Günü, 26-sı isə Respublikasının Silahlı Qüvvələri Günüdür.

İyunun 7-si şənbə gününə etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, beşgünlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün - 6, 7, 8, 9 iyun tarixləri istirahət günləridir.

Həmçinin iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyun da qeyri-iş günü olacaq.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax