Əsas məzmuna keç

İyulun birinci ongünlüyündə temperatur ötən illə müqayisədə aşağı olacaq

İyulun birinci ongünlüyündə temperatur ötən illə müqayisədə aşağı olacaq

İyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı...

İyul ayının birinci ongünlüyünün ölkə ərazisində hava şəraitinin keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli , dolu düşəcəyi ehtimalı var.

Qeyd edək ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.

İyul ayının birinci ongünlüyündə havanın maksimal temperaturunun ötən ilin dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı gözlənilir. Belə ki, ötən ilin iyul ayının birinci ongünlüyündə Bakıda və yarımadasında 38, bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyə yaxın isti olacağı ehtimal olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…