Operativ Məlumat Mərkəzi

İsveç Ukraynaya Gripen qırıcı təyyarələrinin təhvil verilməsi şərtlərini açıqladı

2 dəq
Paylaş:
İsveç Ukraynaya Gripen qırıcı təyyarələrinin təhvil verilməsi şərtlərini açıqladı
Baş nazir Ulf Kristersson bunu “könüllülər koalisiyası”nın iclasından sonra sosial media səhifəsində açıqlayıb.O, Stokholmun Qripen qırıcı təyyarələri,...

İsveç Gripen qırıcı təyyarələrini yalnız Rusiya ilə sülh razılaşması əldə edildiyi təqdirdə Ukraynaya verəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” “Reuters”ə istinadən xəbər verir ki, Ulf bunu “könüllülər koalisiyası”nın iclasından sonra səhifəsində açıqlayıb.

O, Stokholmun Qripen qırıcı təyyarələri, Qara dənizin minalardan təmizlənməsi üçün lazım olan resursları təmin etməklə və Silahlı Qüvvələrinin zabitlərini təlimləndirməklə “Ukraynada sülhün qorunmasına” töhfə verməyə hazır olduğunu bildirib.

Kristersson çatdırılma üçün ilkin şərtin çoxmillətli qüvvələr üçün aydın döyüş qaydaları və İsveç parlamentinin rəsmi təsdiqi olduğunu vurğulayıb.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da Ukraynada atəşkəsdən sonra sülhü qorumaq məqsədilə “minlərlə fransız əsgəri”nin oraya yerləşdirilə biləcəyini açıqlamış, lakin bunun döyüş əməliyyatlarında iştirak edəcək qüvvələrə aid olmadığını qeyd etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax