Operativ Məlumat Mərkəzi

İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB-1

2 dəq
Paylaş:
İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB-1

AFAD İstanbulda güclü zəlzələdən sonra sakinləri riskli binalardan uzaq durmağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul Böyük şəhər Bələdiyyəsindən bildirilib ki, indiyədək hər hansı ciddi hadisə qeydə alınmayıb.

İstanbul Valiliyi də hazırda hər hansı xəbərinin olmadığını açıqlayıb.

Zəlzələdən sonra afterşokların davam etdiyi bildirilir.

***

Prezidenti Rəcəb Tayyib İstanbulda baş verən güclü zəlzələdən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, prosesi yaxından nəzarətdə saxladıqlarını qeyd edib.

"Millətimizə keçmiş olsun", - Türkiyə Prezidenti vurğulayıb.

Türkiyənin naziri Əli Yerlikaya isə deyib ki, zəlzələ hiss olunan ərazilərdə müvafiq işlər aparılır.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

***

İstanbulda olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Silivri sahilində 6,2 maqnitudalı, 7 km dərinlikdə zəlzələ baş verib.

Yeraltı təkanlar Mərmərədə hiss edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax