Əsas məzmuna keç

İsrail İranı Fransa dəmir yollarında təxribat törətməkdə ittiham edib

İsrail İranı Fransa dəmir yollarında təxribat törətməkdə ittiham edib

bu barədə İsrailin xarici işlər naziri İsrael Kats sosial şəbəkələrdə məlumat yayıb. Nazir xatırladıb ki, o, fransalı həmkarı Stefan Sejurneyə...

Fransada bir sıra marşrutlarda qatarlarının hərəkətini ciddi şəkildə çətinləşdirən aktlarının arxasında İranın radikal qüvvələri dayanır.

"Operativ Məlumat Mərkəzi-OMM" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin naziri İsrael Kats sosial şəbəkələrdə məlumat yayıb.

Nazir xatırladıb ki, o, fransalı həmkarı Stefan Sejurneyə iranlıların İsrail nümayəndə heyətinə və Olimpiadanın bütün digər iştirakçılarına qarşı terror hücumları planlaşdırdığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Fransa hökuməti bir sıra xətlərdə sürət qatarlarının hərəkətinə qarşı təxribat törədildiyini bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…