Əsas məzmuna keç

İsrail atəşkəsə razılıq verib

İsrail atəşkəsə razılıq verib

bu barədə İsrail mətbuatı məlumat yayıb.  Bir neçə gündür ki, Parisdə Misir, Qətər və ABŞ-nın vasitəçilik etdiyi danışıqlarda ciddi irəliləyiş qeydə...

İsrail HƏMAS-la müvəqqəti atəşkəs barədə razılığa gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bir neçə gündür ki, Parisdə Misir, Qətər və ABŞ-nın vasitəçilik danışıqlarda ciddi irəliləyiş alınıb.

Razılaşma çərçivəsində Qəzza zolaöının cənubunda gedən şiddətli döyüşlərə bir neçə həftəlik fasilə verilməsi, 100-ə yaxın israilli girovun ən azından yarısının edilməsi, eləcə də

İsrailin həbs etdiyi fələstinli məhbusları azadlığa buraxması gözlənilir.

İsraildə 3 aya yaxındır ki, minlərlə etirazçının iştirakı ilə hökumət əleyhinə silsilə aksiyalar keçirilir. Son 2 gündə isə bu müddət ərzindəki ən səs-küylü və iğtişaşlı aksiyaları qeydə alınıb.

Təl-Əvivdə minlərlə yəhudi B.Netanyahunu istefaya dəvət edib.

Polislə aksiya iştirakçıları arasında toqquşma yaşanıb, 10larla insan xəsarət alıb, 25 nəfər saxlanılıb.

Son sutkada sosial şəbəkələrdə populyarlaşan bir videoda polisin etirazçılardan birinin başına atın cilovundan istifadə edərək zərbə endirdiyi olunub.

Əsas müxalifət lideri Yair Lapid polisi İsrail Müdafiə Qüvvələrinin (IDF) qərargahı qarşısında toplaşan nümayişçilərə qarşı aqressiv rəftarına görə sərt tənqid edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…