Əsas məzmuna keç

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub

İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub

30 iyun günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən...

30 iyun günorta saatlarından intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib. Sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “ Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi dünən axşam saatlarından etibarən təmin olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…