Əsas məzmuna keç

İslamabadda Almaniya səfirliyinin müşaviri ölü tapılıb

İslamabadda Almaniya səfirliyinin müşaviri ölü tapılıb

bu barədə “Bild” qəzeti yazır. Qeyd olunur ki, Tomas B. diplomat hesab olunurdu, halbuki əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) işləyirdi....

Almaniyanın Pakistandakı səfirliyinin müşaviri B. İslamabaddakı mənzilində ölmüş halda tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır.

Qeyd olunur ki, Tomas B. diplomat olunurdu, halbuki əslində Almaniyanın Federal Xidmətinə (BND) işləyirdi.

Müşavirin iki gün səfirliyə gəlməməsi və zənglərə cavab verməməsi ilə əlaqədar missiyanın iki əməkdaşı onun yaşadığı yerə göndərilib. Əməkdaşlar mənzildə həmkarlarının meyitini tapıblar.

“Bild” qeyd edir ki, B.-nin ürəyində problemlər var idi və bunun onun ölümünə səbəb ola biləcəyi istisna edilmir. O, 3,5 il idi ki, İslamabaddakı missiyanın müşaviri vəzifəsində çalışırdı.

"Təəssüf ki, biz həmkarımızın ölümünü təsdiqləmək məcburiyyətindəyik ", - Xarici İşlər Nazirliyindən nəşrə bildirilib. “Bild”in məlumatına görə, Thomas B. uzun müddət Almaniya kəşfiyyat xidmətinə işləyib və çox təcrübəli əməkdaş hesab olunurdu.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…