Operativ Məlumat Mərkəzi

İrandan Rusiyaya kahı aparan yük maşınında 29 kq marixuana aşkarlanıb

1 dəq
Paylaş:
İrandan Rusiyaya kahı aparan yük maşınında 29 kq marixuana aşkarlanıb

Astara İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks -axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, “Cənub Astara” gömrük postunda Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı iki ədəd paletdəki yeşiklərdə üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 73 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 29 kiloqram 100 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax