Əsas məzmuna keç

İrandan Azərbaycana gətirilən 5 ton bibər yararsız çıxıb

İrandan Azərbaycana gətirilən 5 ton bibər yararsız çıxıb

İrandan Azərbaycana 5 ton bibər yararsız çıxıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İrandan idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində məhsulda karantin edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…