Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana 8 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
İrandan Azərbaycana 8 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 8 narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 8 kiloqram marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax