Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana 22 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

2 dəq
Paylaş:
İrandan Azərbaycana 22 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd 5 (beş) nəfər Respublikası vətəndaşı saxlanılıb.

Fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Nurəddin oğlu 10 600 qram narkotik vasitəni (8 kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Fevral ayının 26-da saat 20:40-da isə ümumi çəkisi 22 kiloqram marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax