Operativ Məlumat Mərkəzi

İrandan Astaraya PUA ilə göndərilən narkotik aşkarlanıb - VİDEO

2 dəq
Paylaş:
İrandan Astaraya PUA ilə göndərilən narkotik aşkarlanıb - VİDEO

Ölkə ərazisinə pilotsuz uçuş aparatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gətirilməsi, lokasiyası ötürülən yerlərdən götürülərək ayrı-ayrı ünvanlara çatdırılması ilə bağlı daxil olmuş məlumatı əsasında əməkdaşları xüsusi əməliyyat keçiriblər.

DİN-in xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşkarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndi ərazisindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkarlanaraq götürülüb.

Faktla bağlı başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax