Operativ Məlumat Mərkəzi

İrandan 33 kq narkotikin PUA ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO

1 dəq
Paylaş:
İrandan 33 kq narkotikin PUA ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO

Külli miqdarda narkotik vasitənin uçuş vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından uçuş aparatı vasitəsilə narkotik vasitənin Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 33 kiloqram 345 qram (29 kq 575 qram marixuana; 3 kq 125 qram metamfetamin; 565 qram tiryək; 80 qram suyu) və 6758 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax