İran çərşənbə axşamı günü İsrailə casusluq etməkdə ittiham olunan bir şəxsi edam edib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim News Agency" məlumat yayıb.
Məlumata görə, Qulamrza Xani Şekarab adlı şəxsin barəsində çıxarılan hökm icra olunmazdan əvvəl İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Rəsmi açıqlamada onun İsrailə casusluq etdiyi iddiası ilə mühakimə olunduğu bildirilib.