Operativ Məlumat Mərkəzi

İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir

2 dəq
Paylaş:
İran BRİKS sammitində Rusiya ilə strateji tərəfdaşlıq sazişi imzalamağı gözləyir

İran prezidenti Məsud Pezeşkian oktyabrın 22-24-də keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Kazana səfəri zamanı İran ilə hərtərəfli strateji sazişi imzalamağa ümid edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran parlamentinin Milli və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl deyib

Deputat Tasnim xəbər agentliyinə deyib: "İran və Rusiya strateji əməkdaşlığa doğru irəliləyir. Cənab Pezeşkianın Rusiyaya gözlənilən səfəri zamanı biz ölkələr arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasının şahidi olacağıq".

Avropa rəsmilərinin İranın Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı iddialarına münasibət bildirən Zöhrəvənd bildirib ki, Avropa “İran ictimaiyyətinə təzyiq göstərməklə İran və Rusiya arasında strateji prosesini ləngitmək və pozmaq məqsədi daşıyır”.

Rəsminin sözlərinə görə, Aİ raket tədarük etdiyi iddiası ilə İslam Respublikasına sanksiya tətbiq etsə, “bu, İran daxilində ictimaiyyətə mesaj verəcək ki, bu sanksiyalar Tehran və Moskva arasında strateji əməkdaşlığın nəticəsidir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax