Operativ Məlumat Mərkəzi

İordaniya İsraili Qəzzada atəşkəsə əməl etməyə çağırıb

2 dəq
Paylaş:
İordaniya İsraili Qəzzada atəşkəsə əməl etməyə çağırıb

İordaniya ictimaiyyəti atəşkəsin yaradılması, humanitar yardımların çatdırılması üçün sərhəd qapılarının açılması və bölgəyə enerjisinin verilməsi ilə bağlı əldə razılaşmanın həyata keçirilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Süfyan əl-Quda açıqlamasında belə deyib.

“Əl-Quda beynəlxalq ictimaiyyəti hüquqi və mənəvi məsuliyyəti öz üzərinə götürməyə və İsraili Qəzzaya hücumlarını dərhal dayandırmağa, atəşkəs razılaşmasının bütün mərhələlərdə həyata keçirilməsini təmin etməyə, elektrik enerjisinin paylanmasını bərpa etməyə və humanitar yardımların çatdırılması üçün təyin edilmiş keçid məntəqələrini açmağa çağırıb.

İordaniya Xarici İşlər Nazirliyi birmənalı olaraq İsrailin Fələstin ərazisinə hücumlarını bərpa etməsini pisləyib və İsrailin Qəzzaya təcavüzünü davam etdirəcəyi təqdirdə "bölgədə qeyri-sabitliyin yayılması riski" barədə xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax