Əsas məzmuna keç

İlham Əliyev və İrakli Qaribaşvili fotosərgi ilə tanış olublar - YENİLƏNİB

İlham Əliyev və İrakli Qaribaşvili fotosərgi ilə tanış olublar - YENİLƏNİB

Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən...

Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə olunmuş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verildi. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.

Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Edurad Şevarnadze, həmçinin İlham Əliyevin İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…